Bəs siz qorunursunuzmu?

Kenko UV filter_main thumb

Atalarımızın çox gözəl, bugünədək aktual olan belə bir misalı var: “Ehtiyat igidin yaraşığıdır”. Düşünürəm ki, həqiqətən insan hər zaman ehtiyyatlı olmalı, özünü və ətrafındakıları qorumağa çalışmalıdır. Bir sözlə – qorunmalıdır!

 Hər nə qədər yazının başlığı yazı mövzusu ilə bağlı fərqli təsvir yaratsa da, söhbət foto-texnikanın, konkret halda isə obyektivlərin qorunmasından gedəcək. SLR kateqoriyasında olan fotoaparatlar üçün müxtəlif növ obyektivlər mövcuddur ki,  adətən peşəkar fotoqrafların istifadə etdiyi keyfiyyətli obyektivlər bahalı olur, bəzi hallarda isə obyektivin qiyməti fotoaparatın (korpusun) qiymətini keçir. Odur ki, bu cür obyektivlərə qoruyucu filterlər taxılmalıdır.

Satışda UV filterləri kimi mövcud olan bu filterlər obyektivin ön şüşəsini həm zərərli ultrafiolet şüalardan qoruyur, həm obyektivin daxilinə toz, nəm və s. kimi zərərli hissəciklərin daxil olmasının qarşısını alır, həm də zərbələrdən qoruyur. Ötən günlərdə çəkiliş vaxtı obyektivlərimin biri çox kiçik bir zərbəyə məruz qaldı. Aşağıda fotolardan gördüyünü kimi, zərbə obyektivin önündə olan Kenko firmasının UV filtrinə dəydi. Yaponiyadan aldığım və 50$ dəyərində olan filter çatlasa da, 1500$-dan bahalı olan obyektivi qorumuş oldu. Odur ki, dəyərindən asılı olmayaraq bütün obyektivlərinizə UV filterləri taxıb onları qoruyun. Elə özünüzü də ;)

2 şərh.

Şərh yazın

*